Dünya Turizm Təşkilatı 2025-ci ilin ilk rəsmi hesabatını açıqladı

Dünya üzrə səyahət hərəkatı sürətlə davam edərkən, Dünya Turizm Təşkilatı ilin ilk yarısına dair rəsmi məlumatları açıqlayıb. Hesabata görə, yanvar–iyun aylarında 690 milyon beynəlxalq turist sərhədləri keçərək səyahət edib. UN Tourism-in baş katibi Zurab Pololikaşvili artan ziyarətçi saylarının yerli iqtisadiyyata töhfəsini vurğulayıb, eyni zamanda davamlı və inklüziv turizm siyasətlərinin vacibliyinə diqqət çəkib.

Turizmplus.az rəsmi hesabata əsasən 2025-ci ilin ilk yarısında turizm göstəriciləri təqdim edir:
- Afrika: 2024-cü ilin eyni dövrünə nisbətən 12% artım. Şimali Afrika (+14%) və Saharaaltı Afrika (+11%) ikirəqəmli böyümə göstərib.
- Avropa: Təxminən 340 milyon turist qəbul edib. 2024-cü ilə nisbətən 4%, 2019-cu ilə nisbətən 7% artım. Şimal, Qərb və Cənubi Aralıq dənizi Avropasında +3%, Mərkəzi və Şərqi Avropada isə +9% artım qeydə alınıb. Lakin hələ də 2019-cu ilin göstəricilərindən 11% geri qalır.
- Amerika: Ümumi artım +3%. Cənubi Amerika (+14%) güclü böyümə nümayiş etdirib, Mərkəzi Amerika (+2%) az artım, Şimali Amerika və Karib hövzəsi isə durğunluq göstərib.
- Yaxın Şərq: 4% azalma müşahidə olunub, lakin pandemiyadan sonrakı dövrdə hələ də 2019-cu ilin göstəricilərini 29% üstələyərək ən güclü regional performansa sahib olub.
- Asiya və Sakit okean: 11% artım qeydə alınıb və pandemiyadan əvvəlki səviyyənin 92%-nə çatıb. Şimal-Şərqi Asiya (+20%) ən güclü artımı göstərsə də, hələ də 2019-cu ilin 8% altında qalır.
Ən çox diqqət çəkən ölkələr
Yaponya və Vyetnam (+21%), Cənubi Koreya (+15%), Mərakeş (+19%), Meksika və Niderland (+7%) önə çıxıb. Malayziya və İndoneziya (+9%), Honq Konq (Çin) isə (+7%) artım göstərib. Dünyanın ən çox ziyarət edilən ölkələri olan Fransa (+5%) və İspaniya (+5%) da sabit böyümə nümayiş etdirib.
Turizm gəlirləri
Yaponya (+18%), Böyük Britaniya (+13, martadək), Fransa (+9%), İspaniya (+8%) və Türkiyə (+8%) güclü gəlir artımı ilə seçilib. Çin (+16, martadək), İspaniya (+16%), Böyük Britaniya (+15, martadək), Sinqapur (+10%) və Cənubi Koreya (+8%) kimi böyük bazarlarda da xaricə səfər xərcləri artıb.
2024-cü ildə beynəlxalq turizm gəlirləri 11% artaraq 1,734 milyard ABŞ dollarına çatıb ki, bu da pandemiya öncəsi göstəriciləri 14% üstələyib.
Çətinliklər və risklər
UN Tourism-ə görə, 2025-ci ildə turizmə təsir edən əsas problemlər yüksək nəqliyyat və yerləşmə xərcləri, eləcə də digər iqtisadi amillərdir. Turizm inflyasiyasının 2024-cü ildəki 8%-dən 2025-ci ildə 6,8%-ə enəcəyi proqnozlaşdırılır, lakin bu göstərici pandemiya öncəsi səviyyələrdən xeyli yüksəkdir. Yüksək qiymətlər turistlərin daha qısa səfərlər və daha yaxın istiqamətlər seçməsinə səbəb ola bilər.
Proqnozlar
2025-ci ilin son rübü üçün mütəxəssislərin 60%-i turizmdə daha yaxşı nəticələr gözləyir. UN Tourism-in proqnozuna görə, ilin sonuna qədər beynəlxalq turist axını 3–5% arta bilər.