Bu şirkət “Rixos”un Azərbaycan üzrə “bestseller” olub – MƏLUMAT
“Green Apple MICE and Leisure Travel Azerbaijan” turizm agentliyi Beynəlxalq “Rixos” Hotel Qrupunun ənənəvi Brilliant Mükafatlandırma mərasimində 2024-cü satış ilinin yekun nəticələrinə görə, Azərbaycan üzrə “bestseller” satış agentliyi mükafatı ilə təltif olunub.
Turizmplus.az xəbər verir ki, dünyanın 7 ölkəsində 25 hotel şəbəkəsi olaraq fəaliyyət göstərən Rixos Hotellər Qrupunun satış liderləri arasında, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkə təmsilçilərinin sırasında, lider satış mövqelərini qoruyub saxlayır.
Qeyd edək ki, “Green Apple MICE and Leisure Travel Azerbaijan” şirkəti həm də “Rixos”un Diamond Partnyorudur.
Turizm sektorunun ən çox oxunan xəbər saytında reklamınız olsun !