Bayram günlərində “İçərişəhər” stansiyasında retro vaqonlar nümayiş olunacaq

Dekabr 27, 2025 10:56 / 23
Bayram günlərində “İçərişəhər” stansiyasında retro vaqonlar nümayiş olunacaq
A-
A
A+

“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında retro vaqonlar yenidən nümayiş olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.

“Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.

Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər”, – məlumatda qeyd olunub.

Oxşar xəbərlər