Koroğlu metrosundan “Sea Breeze”ə avtobusla gedə biləcəksiniz – QİYMƏT

İyul 17, 2026 16:05 / 74
Koroğlu metrosundan “Sea Breeze”ə avtobusla gedə biləcəksiniz – QİYMƏT
A-
A
A+

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Sea Breeze istiqamətinə birbaşa avtobusla getmək yenidən mümkün olacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, BakuBus-un 150E nömrəli ekspres marşrutu 18 iyul tarixindən etibarən fəaliyyətini bərpa edir.

Məlumata görə, ekspres avtobuslar hər şənbə və bazar günləri Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən birbaşa Sea Breeze istiqamətində hərəkət edəcək. Marşrut yolboyu bir neçə dayanacaqda sərnişin qəbul edəcək.

150E marşrutu saat 07:00-dan 22:00-dək fəaliyyət göstərəcək, avtobuslar 30 dəqiqə intervalla hərəkət edəcək. Gediş haqqı isə 0,90 AZN təşkil edir.

Oxşar xəbərlər