ADY-dən XƏBƏRDARLIQ: Bəzi turizm şirkətləri Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satır – FOTO

Sentyabr 2, 2026 16:04 / 78
ADY-dən XƏBƏRDARLIQ: Bəzi turizm şirkətləri Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satır – FOTO
A-
A
A+

Son günlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) vətəndaşlardan müraciətlər daxil olur. ADY bildirir ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və araşdırma aparılır.

Qurum xüsusi olaraq vurğulayıb ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunur.

Oxşar xəbərlər