Bakıda kofe içmək üçün 5 komfortlu məkan – REDAKTORUN SEÇİMİ

Yanvar 17, 2026 17:56 / 185
Bakıda kofe içmək üçün 5 komfortlu məkan – REDAKTORUN SEÇİMİ
A-
A
A+

Bakıda kofe mədəniyyəti sürətlə inkişaf edir və şəhərdə həm sakit mühit axtaranlar, həm də görüşlərini komfortlu məkanda keçirmək istəyənlər üçün maraqlı ünvanlar kifayət qədərdir.

cbx-add

Turizmplus.az olaraq paytaxtda kofe içmək üçün seçdiyimiz 5 rahat və fərqli məkanı təqdim edirik.

1. Book and Coffee Baku – İçərişəhər

İçərişəhərin ən sevilən nöqtələrindən biri olan Qız qalasının bir addımlığında yerləşən Book and Coffee Baku həm turistlər, həm də yerli sakinlər üçün ideal məkandır. Tarixi ab-hava, kitab rəfləri ilə əhatələnmiş interyer və sakit musiqi burada kofeni xüsusi zövqə çevirir. Burada vaxtın necə keçdiyini hiss etməyəcəksiniz.

2. Coffeemood – Baku Book Center

Kitabsevərlər üçün əsl rahatlıq ünvanı olan coffeemood, Baku Book Center-in daxilində yerləşir. Kitab seçərkən və ya oxu fasiləsində keyfiyyətli kofe içmək istəyənlər üçün bu məkan ideal seçimdir. Minimalist dizaynı və sakit atmosferi ilə diqqət çəkir.

3. Fuzzy Coffee & Wine – Caspian Plaza, 17-ci mərtəbə

Şəhərə yuxarıdan baxaraq kofe içmək istəyənlər üçün Fuzzy Coffee & Wine fərqli təcrübə təqdim edir. Caspian Plaza-nın 17-ci mərtəbəsində yerləşən bu məkan panoramik mənzərəsi və komfortlu interyeri ilə seçilir. Gün ərzində kofe, axşam saatlarında isə şərab menyusu ilə fərqli auditoriyaya xitab edir.

4. CoffeeLea – Statistika filialı

Rahat iş mühiti və sakit atmosfer axtaranların tez-tez seçdiyi CoffeeLea Statistika filialı həm görüşlər, həm də tək vaxt keçirmək üçün uyğundur. Keyfiyyətli kofe, geniş oturacaq sahəsi və sakitliyi ilə Bakının sevilən kofe ünvanlarından biridir.

5. United Coffee Beans – Fəvvarələr Meydanı

Şəhərin mərkəzində yerləşən United Coffee Beans (UCB) müasir dizaynı və stabil keyfiyyəti ilə tanınır. Fəvvarələr Meydanının dinamik atmosferində qısa fasilə vermək, dostlarla görüşmək və ya şəhər gəzintisi zamanı kofe içmək üçün ideal məkandır.

Bakıda kofe içmək artıq sadəcə içki deyil, bir mədəniyyətə çevrilib. Bu məkanlar isə həm rahatlığı, həm də fərqli ab-havası ilə şəhər həyatına xoş rəng qatır. Turizmplus.az olaraq növbəti yazılarımızda da Bakının maraqlı məkanlarını oxucularımıza təqdim etməyə davam edəcəyik.

Redaktorun seçimi | Turizmplus.az

Oxşar xəbərlər