Azərbaycanda ulduz kateqoriyalı neçə hotel fəaliyyət göstərir? – STATİSTİKA

Fevral 9, 2026 16:37 / 102
Azərbaycanda ulduz kateqoriyalı neçə hotel fəaliyyət göstərir? – STATİSTİKA
A-
A
A+

Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, həmin hotellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.

Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10 beş ulduzlu, 26 dörd ulduzlu, 72 üç ulduzlu, 72 iki ulduzlu və 28 bir ulduzlu hotel fəaliyyət göstərir.

Beləliklə, Bakıda yerləşən ulduzlu hotellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduzlu hotellərin 73,5 %-i deməkdir.

Ulduzlu hotellərin sayındakı mövcud bölgü ölkədə turizm infrastrukturunun inkişafı və yerləşmə imkanlarının şaxələndirilməsi baxımından mühüm göstərici hesab olunur.

Oxşar xəbərlər