Azərbaycan Dəmiryol Muzeyi 5 iyul tarixində “Açıq qapı” günü təşkil edəcək.
Turizmplus.az xəbər verir ki, tədbir Azərbaycanın dəmir yollarının elektrikləşdirilməsinin və muzeyin yerləşdiyi tarixi Sabunçu Vağzalı binasının 100 illik yubileyinə həsr olunub.
Tədbir çərçivəsində ziyarətçilər ölkədə elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf tarixini əks etdirən fotosərgi ilə tanış olmaq, həmçinin muzeyin zəngin eksponatlar kolleksiyasını yaxından izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Açıq qapı” günü çərçivəsində muzey qonaqları ödənişsiz qaydada Azərbaycanın dəmir yolu tarixini və bu sahədə əldə olunan inkişaf mərhələlərini əks etdirən maraqlı ekspozisiyalarla tanış ola biləcəklər.

