Avropanın Balkanlardakı incisi Belqradda “Jeluxe Travel” imzası – növbəti səfər yanvarda!
Jeluxe Travel tərəfindən 19–22 noyabr tarixlərində Serbiyanın paytaxtı Belqrada qrup turu təşkil olunub.
Turizmplus.az xəbər verir ki, səyahət proqramı çərçivəsində iştirakçılar Belqradın tarixi, memarlıq və mədəni irsi ilə tanış olublar.
Turun proqramına Kalemegdan qalası, Gardoş qalası, Zemun küçələri, Müqəddəs Sava kilsəsi, Knez Mihailova küçəsi və Skadarlija kimi şəhərin tanınmış məkanları daxil edilib. İştirakçılar həmçinin Dunay və Sava çaylarının qovuşduğu ərazini ziyarət edib, serb milli mətbəxinin nümunələrini dadıblar.
Şirkətdən bildirilib ki, Jeluxe Travel il ərzində mütəmadi olaraq Serbiya, Çin, Qətər, BƏƏ, Misir və Avropanın müxtəlif ölkələrinə qrup turları təşkil edir.
Qeyd edək ki, Belqrada növbəti qrup turunun 21–24 yanvar 2027-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Şirkət yeni istiqamətlər və qrup səyahətləri ilə turistlərə fərqli ölkələri kəşf etmək imkanı təqdim etməyə davam edir.


