ATAA-nın yeni üzvlərinə sertifikatlar təqdim olunub

Oktyabr 1, 2026 13:42 / 158
ATAA-nın yeni üzvlərinə sertifikatlar təqdim olunub
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirib.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Assosiasiya sədri ATAA-nın əsas fəaliyyət istiqamətləri, təşkilati strukturu, turizm sektorunun inkişafında rolu, eləcə də üzv şirkətlərin maraqlarının qorunması, turizm sənayesinin nümayəndələri üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən işlərləri yeni üzvlərin diqqətinə çatdırıb.

Bununla yanaşı Göydəniz Qəhrəmanov ATAA nəzdində xidmət göstərən komitə və işçi qruplarının fəaliyyəti, üzvlərin bu platformalarda iştirak imkanları, eləcə də Assosiasiyanın dövlət qurumları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı barədə məlumat verib.

Görüş zamanı yeni üzvlərin ATAA-dan gözləntiləri, gələcək əməkdaşlıqla bağlı fikir və təklifləri dinlənilib.

Görüş çərçivəsində yeni üzvlərə ATAA üzvlüyünü təsdiq edən sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər