Bakı–Tbilisi qatarı ilə səfər edəcək sərnişinlərə vacib xəbərdarlıq – ZƏRURİ SƏNƏDLƏR

May 25, 2026 16:21 / 116
Bakı–Tbilisi qatarı ilə səfər edəcək sərnişinlərə vacib xəbərdarlıq – ZƏRURİ SƏNƏDLƏR
A-
A
A+

Bakı–Tbilisi marşrutu üzrə ilk qatar reysi bu gün saat 23:10-da həyata keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, sərnişinlərə qatara minik zamanı təqdim edilməli olan sənədlərlə bağlı mühüm xəbərdarlıq olunub.

Bildirilib ki, sərnişinlər biletlə yanaşı pasportun əsli, Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortası və digər zəruri sənədləri də təqdim etməlidirlər. Qeyd olunub ki, mygov platformasından əldə edilmiş rəqəmsal pasport versiyası keçərli hesab edilmir.

Həmçinin 5 yaşadək uşaqlarla səfər üçün onların adına rəsmiləşdirilmiş pulsuz bilet tələb olunur. Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz və ya başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi mütləqdir.

Rəsmi qurum sərnişinlərə qatara sürətli və rahat keçid üçün bütün sənədləri əvvəlcədən hazırlamağı tövsiyə edib.

Oxşar xəbərlər