“Flynas”ın Ciddə və Mədinə uçuşları ilə bağlı son vəziyyət necədir? – AÇIQLAMA

Oktyabr 14, 2026 12:22 / 48
“Flynas”ın Ciddə və Mədinə uçuşları ilə bağlı son vəziyyət necədir? – AÇIQLAMA
A-
A
A+

Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti Ciddə və Mədinə istiqamətləri üzrə uçuşların müəyyən edilmiş qrafikə uyğun həyata keçirildiyini açıqlayıb.

cbx-add

Turizmplus.az aviaşirkətə istinadən xəbər verir ki, hazırda hər iki istiqamət üzrə reyslər təsdiq edilmiş uçuş cədvəlinə uyğun yerinə yetirilir.

“Flynas” sərnişinlərin diqqətinə çatdırıb ki, Ciddə və Mədinəyə səfər etməyi planlaşdıran şəxslər uçuşlarla bağlı məlumatları nəzərə alaraq səyahətlərini planlaşdıra bilərlər.

Aviaşirkət səfərləri zamanı sərnişinlərin yanında olduğunu vurğulayaraq, onlara rahat və təhlükəsiz səyahət arzulayıb.

Oxşar xəbərlər