Türkiyənin Turkish Airlines, Pegasus və AJet aviaşirkətləri ABŞ-ın İrana qarşı yeni sanksiyaları fonunda bu ölkəyə uçuşları dayandırıb.
Turizmplus.az xəbər verir ki, üç aviaşirkətin İrana uçuşları 21 sentyabrdan etibarən dayandırılıb. Turkish Airlines və AJet-in sistemlərində İrana mart 2027-ci ilədək uçuşların görünmədiyi, Pegasus-un isə İran reyslərini rezervasiya sistemindən çıxardığı bildirilir.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də “Operation Economic Outcast” çərçivəsində İranın aviasiya sektoruna dəstək göstərən 36 hədəfə qarşı sanksiyalar tətbiq edib. Siyahıya daha əvvəl sanksiyaya məruz qalmayan 27 İran aviaşirkəti də daxil edilib.
Bununla yanaşı, İranın Mahan Air aviaşirkəti də sentyabrın 21-dən İstanbul və Ankara reyslərini dayandırıb. Şirkət qərarın Türkiyənin aviasiya qurumlarının tələbləri ilə əlaqəli olduğunu açıqlayıb.

