Şamaxının Meysəri kəndində fəaliyyətə başlayan “Meysari Grand Hotel & SPA” kompleksi qonaqlar üçün müxtəlif istirahət, sağlamlıq və əyləncə imkanlarını bir araya gətirir.
Turizmplus.az xəbər verir ki, dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks hotel və kotteclər, restoranlar, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi və digər infrastrukturları əhatə edir.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalarda 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq mövcuddur. Ərazidə həmçinin 3 villa yerləşir.
Qonaqlar üçün 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası və padel kortu yaradılıb. Uşaqlar üçün isə ayrıca əyləncə mərkəzi fəaliyyət göstərir.
Kompleksin SPA və sağlamlıq mərkəzində istirahət və sağlamlığın bərpası üçün müxtəlif imkanlar təqdim olunur. Ərazidə restoranlar, qapalı və açıq avtomobil dayanacaqları, eləcə də helikopter meydançası da yaradılıb.
“Meysari Grand Hotel & SPA” həmçinin işgüzar səfərlər və tədbirlər üçün imkanlar təqdim edir. Kompleksin ərazisində yerləşən Nəsimi Konfrans Mərkəzi 420 nəfər tutuma malikdir və konfrans, təqdimat, işgüzar görüş və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.
Kompleksdə ümumilikdə 320 yeni iş yerinin yaradılması da nəzərdə tutulub.
Yeni hotel Şamaxının dağ mənzərələri və təbiəti fonunda qonaqlara həm istira

