Bu gün Bakı-Ağdam marşrutu üzrə qatar biletləri satışa çıxarılır – QİYMƏTLƏR

Avqust 27, 2025 12:24 / 158
Bu gün Bakı-Ağdam marşrutu üzrə qatar biletləri satışa çıxarılır – QİYMƏTLƏR
A-
A
A+

Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat təşkil edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə “Report”un soruğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata əsasən, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır.

Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqustdan ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.

İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.

Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq.

Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Oxşar xəbərlər