A-
A
A+
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.

Turizmplus.az xəbər verir ki, məlumata görə, marşrut üzrə 6, 7, 8 və 9 iyun tarixləri üçün biletlər artıq satışdadır.
Biletləri www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və yaxud kassalardan əldə etmək mümkündür.