“Caspian Event Organisers” MMC şirkəti 2025-ci ildə baş tutacaq sərgilərin siyahısını açıqlayıb.
Turizmplus.az xəbər verir ki, siyahıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin “AITF” keçirilməsinə dair məlumat öz əksini tapmayıb.
Bu məsələ ilə bağlı “Caspian Event Organisers” MMC şirkəti ilə əlaqə saxladıq. Şirkətdən saytımıza bildirildi ki, 2025-ci ildə adıçəkilən sərginin keçirilməsi planda yoxdur. Hər hansı dəyişiklik edilərsə bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hər ilin aprel ayında keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 2024-cü ildə də baş tutmadı.