Yerli turizm təmsilçiləri nüfuzlu hotel zəncirləri ilə “Odeon Tours Workshop 2026”-da bir araya gəlib – FOTOLAR

Aprel 7, 2026 16:18 / 178
Yerli turizm təmsilçiləri nüfuzlu hotel zəncirləri ilə “Odeon Tours Workshop 2026”-da bir araya gəlib – FOTOLAR
A-
A
A+

“Odeon Tours”un təşkilatçılığı və “Classic Voyage” şirkətinin dəstəyi ilə “Odeon Tours Workshop 2026” tədbiri keçirilib. Paytaxtda baş tutan tədbirdə 100-dən çox yerli turizm şirkətinin nümayəndəsi iştirak edib tərəfdaşlıq imkanlarını müzakirə edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, workshop çərçivəsində yerli agentliklər Türkiyənin və dünyanın tanınmış otel zəncirlərinin nümayəndələri ilə birbaşa görüşmək imkanı qazanıb.

Tədbirdə Mia Luxury Travel, Arnor De Luxe Hotel & Spa, Barut Hotels, Club Marvy, Ethno Hotels, Flora Garden Hotels, Gloria Hotels & Resorts, Kaya Palazzo Hotels & Resorts, The Land of Legends, Mardan Palace, Lujo Hotel, NG Hotels, Nirvana Hotels, Papillon Hotels, Titanic Hotels, Vogue Hotel Supreme və Voyage Hotels kimi nüfuzlu brendlər öz təqdimatları ilə çıxış edib.

Görüşlər zamanı yeni mövsüm üçün əməkdaşlıq perspektivləri dəyərləndirilib, otellərin təqdim etdiyi yeniliklər və xidmətlər barədə ətraflı məlumat verilib. “Odeon Tours Workshop 2026” yerli turizm bazarının iştirakçıları üçün yeni biznes əlaqələrinin qurulması və mövcud tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Oxşar xəbərlər