“Jumeirah Marsa Al Arab” hotelində təxminən 3 il fəaliyyət göstərən Harun Dursun eyni qrupun dünyaca məşhur hotelinə – “Jumeirah Burj Al Araba” Baş Menecer (GM) təyin olunub.
Turizmplus.az xəbər verir ki, Dursun yeni vəzifəsində Dubayın simvolik hotel brendlərindən biri olan “Jumeirah Burj Al Arab”ın idarəçiliyinə rəhbərlik edəcək.
O, bundan əvvəl təxminən üç il ərzində “Jumeirah Marsa Al Arab” hotelində rəhbər vəzifədə çalışıb.

