Bakıda çimərlik və “beach” klubların 2026-cı il üzrə GİRİŞ QİYMƏTLƏRİ açıqlanıb

İyul 2, 2026 11:24 / 93
Bakıda çimərlik və “beach” klubların 2026-cı il üzrə GİRİŞ QİYMƏTLƏRİ açıqlanıb
A-
A
A+

Yay mövsümünün başlaması ilə paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən çimərlik və beach klublarına maraq artıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu il bir sıra istirahət məkanlarında giriş və əlavə xidmətlərin qiymətlərində ötən illə müqayisədə artım müşahidə olunur.

2026-cı il üzrə bəzi məşhur çimərlik və istirahət məkanlarının giriş qiymətləri aşağıdakı kimidir:

  • Nar Şərab Beach – həftəiçi 25 manat, həftəsonu 30 manat (10 manat depozit).
  • Amburan Beach Club – həftəiçi 40 manat, həftəsonu 50 manat (5 manat dolab, 10 manat depozit).
  • Green City Resort & Residence – böyüklər üçün 40 manat, 12 yaşadək uşaqlar üçün həftəsonu 25 manat (5 manat depozit).
  • Maize Beach – giriş 30 manat, uzanacaqlar depozitlə 30 manatdan başlayır. Həftəiçi xanımlar üçün giriş 20 manatdır.
  • Dalğa Beach (Lite) – giriş 10 manat.
  • Nikki Beach Baku – hovuzkənarı 3 nəfərlik yataq 150 manatdır. Bundan əlavə, qonaqlardan minimum 200 manatlıq sifariş tələbi var.
  • Sea Breeze Resort – 10–16 yaş üçün 20 manat, 16 yaşdan yuxarı 50 manat (20 manat depozit, 10 manat dolab).
  • My Beach – həftəiçi 30 manat, həftəsonu 35 manat.
  • Ramada by Wyndham Baku – həftəiçi 25 manat, həftəsonu 30 manat.
  • White Beach Club Aquapark – həftəiçi 20 manat, həftəsonu 30 manat.
  • Mambo Beach Club Baku – həftəiçi 25 manat, həftəsonu 30 manat.
  • Glam Beach Baku – giriş ödənişsizdir. Şezlonq qiyməti 10 manatdan başlayır, digər xidmətlərin qiyməti yerləşmədən asılı olaraq dəyişir.

Qeyd edək ki, bəzi məkanlarda giriş haqqına əlavə olaraq depozit, dolab və digər xidmətlər üçün ayrıca ödəniş tələb olunur. Qiymətlər istirahət günləri və xidmət paketindən asılı olaraq dəyişə bilər.

Oxşar xəbərlər