Yerli turizm şirkətlərinin nümayəndələri üçün şimal regionuna infotur təşkil olunub

Oktyabr 1, 2025 16:09 / 161
Yerli turizm şirkətlərinin nümayəndələri üçün şimal regionuna infotur təşkil olunub
A-
A
A+

Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri üçün şimal regionuna infotur təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, infoturun əsas məqsədi qeyd olunan regionda aqroturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.

Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən infotur çərçivəsində əsas istirahət-əyləncə mərkəzləri, muzeylər və eko-aqro turizm təsərrüfatları, təbii turizmi imkanlarına malik təbiət nümunələri ziyarət olunub. Səfər iştirakçıları regionun yerli mətbəx nümunələri ilə tanış olublar.

Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Oxşar xəbərlər