Yaponiya xarici vətəndaşlar üçün viza rüsumlarını 5 dəfə artıracaq – BU TARİXDƏN

İyun 23, 2026 13:41 / 48
Yaponiya xarici vətəndaşlar üçün viza rüsumlarını 5 dəfə artıracaq – BU TARİXDƏN
A-
A
A+

Yaponiya hökuməti xarici vətəndaşlar üçün viza rüsumlarının əhəmiyyətli dərəcədə artırılması barədə qərar qəbul edib. Yeni qaydalar 2026-cı il iyulun 1-dən etibarən qüvvəyə minəcək.

cbx-add

Turizmplus.az xarici mətbuata istinadən xəbər verir ki, birdəfəlik giriş vizasının rüsumu hazırkı 3 min yendən 15 min yenə, çoxdəfəlik giriş vizasının rüsumu isə 6 min yendən 30 min yenə qaldırılacaq. Bu, viza haqlarının təxminən 5 dəfə artırılması deməkdir.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, dəyişiklik son 48 ildə viza rüsumları üzrə həyata keçirilən ilk ciddi yenilənmədir. Rəsmilər qərarın əsas səbəbləri kimi inflyasiyanı, milli valyutanın dəyərindəki dəyişiklikləri və artan inzibati xərcləri göstərirlər.

Yaponiyanın xarici işlər naziri bildirib ki, ölkəyə gələn turistlərin sayında son illərdə müşahidə olunan artım fonunda viza xidmətlərinin saxlanılması və təkmilləşdirilməsi əlavə maliyyə vəsaiti tələb edir. Hökumət hesab edir ki, yeni tariflər digər G7 ölkələrində tətbiq olunan viza rüsumlarına daha uyğun olacaq.

Bununla yanaşı, Yaponiya tərəfi viza rüsumlarının artırılmasının ölkəyə gələn turistlərin sayına ciddi mənfi təsir göstərməyəcəyini düşünür. Rəsmilər bildirirlər ki, ölkə beynəlxalq turistlər üçün cəlbedici istiqamət olaraq qalmaqdadır və yeni rüsumlar əsasən artan xidmət xərclərinin qarşılanmasına xidmət edir.

Qeyd edək ki, Yaponiya son illərdə rekord turist axını ilə üzləşib. Ölkədə turizm infrastrukturuna düşən yükün artması və xidmət xərclərinin yüksəlməsi hökuməti viza siyasətində dəyişikliklər etməyə sövq edib.

Oxşar xəbərlər