“Vector Travel” DMC Bakıda növbəti “Georgian B2B Travel Workshop”u təşkil edib – VİDEOREPORTAJ

Aprel 16, 2026 17:03 / 30
“Vector Travel” DMC Bakıda növbəti “Georgian B2B Travel Workshop”u təşkil edib – VİDEOREPORTAJ
A-
A
A+

Bakıda Vector Travel DMC şirkətinin təşkilatçılığı ilə IV Georgian B2B Travel Workshop uğurla baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, artıq dördüncü dəfə keçirilən bu tədbir Azərbaycan turizm bazarının nümayəndələri ilə Gürcüstandan olan aparıcı hotel brendləri və xidmət təchizatçıları arasında birbaşa əlaqələrin qurulması üçün effektiv platforma rolunu oynayır.

Workshop çərçivəsində Gürcüstanı təmsil edən beynəlxalq və yerli hotel brendlərinin nümayəndələri iştirak edərək öz xidmət və məhsullarını təqdim ediblər. Tədbirdə Paragraph Freedom Square, a Luxury Collection Hotel, Sheraton Grand Tbilisi Metechi Palace, Tbilisi Marriott Hotel, Le Méridien Batumi, Crowne Plaza Borjomi, Courtyard by Marriott Batumi, Hotels & Preference Hualing Tbilisi, Royal Tulip Hotel & Casino, ORBI Hotels Batumi və digər hotel və təşkilatlar təmsil olunub.

Tədbir zamanı iştirakçılar arasında işgüzar görüşlər keçirilib, yeni əməkdaşlıq imkanları və turizm məhsullarının inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nümayəndələri də iştirak edib. Həmçinin tədbirin həyata keçirilməsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Gürcüstanın Azərbaycandakı Səfirliyi tərəfindən dəstək göstərilib.

Təşkilatçılar bütün tərəfdaşlara və iştirakçılara təşəkkürlərini bildirərək, bu kimi tədbirlərin iki ölkə arasında turizm əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Bildirilir ki, Georgian B2B Travel Workshop artıq illik ənənəyə çevrilib və növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

NƏZƏRİNİZƏ ÇATDIRAQ Kİ, yaxın günlərdə Turizmplus.az saytında Vector Travel DMC şirkətinin İcraçı direktoru Sofo Tskitişvili ilə geniş MÜSAHİBƏ YAYIMLANACAQ.

Oxşar xəbərlər