VACİB MƏLUMAT: Bu şəxslərə Qətərə giriş imkanları DAYANDIRILIB
Qətər İmmiqrasiyasından Qətər Dövlətinə səyahət edən sərnişinlər üçün giriş qaydaları ilə bağlı vacib yenilənmiş təlimatlar daxil olub.
Turizmplus.az xəbər verir ki, aşağıdakı yeddi ölkənin vətəndaşları üçün arrival visa (ölkəyə girişdə viza) imkanları müvəqqəti dayandırılıb. Bu məhdudiyyət bütün arrival visa kateqoriyalarına aiddir, o cümlədən turistik, tranzit və təsdiqlənmiş peşələr üzrə GCC rezident vizası (BƏƏ Golden Visa sahibləri daxil olmaqla) əsasında verilən vizalara da şamil olunur:
• İran
• Pakistan
• Əfqanıstan
• Yəmən
• Suriya
• İraq
• Livan
İstisnalar:
• İraq vətəndaşları (yalnız diplomatlar) — mövcud ikitərəfli razılaşmalara uyğun olaraq arrival visa ilə giriş edə bilərlər.
• Məhdudiyyət tətbiq olunan ölkələrin vətəndaşları yalnız əvvəlcədən təsdiqlənmiş etibarlı viza olduqda qəbul edilə bilər. Qəbul olunan viza növləri:
Hayya vizası
İş vizası
Ailə vizası
Rəsmi dövlət vizası
Rəsmi xarici viza

