Antalyanın Kaş bölgəsində meşə yanğınları davam edir – SON MƏLUMAT

İyul 28, 2026 13:33 / 14
Antalyanın Kaş bölgəsində meşə yanğınları davam edir – SON MƏLUMAT
A-
A
A+

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda meşə yanğınları başlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Kalkanın Üzümlü məhəlləsində səhər saatlarında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məlumata görə, yanğına həm havadan, həm də qurudan intensiv müdaxilə olunur. Əməliyyata 6 helikopter, 3 təyyarə, 14 yanğınsöndürən avtomobil, 5 su təchizatı maşını, 2 ilk müdaxilə avtomobili, ümumilikdə isə 135 texniki işçi və meşə təsərrüfatı əməkdaşı cəlb edilib.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

Oxşar xəbərlər