USD 1.7
25 °C

TÜRKİYƏDƏ EYNİ PAKETLƏR: Alman vətəndaşına 4 Türk vətəndaşına 14 min TL-yə

İyun 10, 2025 15:48 / 146
TÜRKİYƏDƏ EYNİ PAKETLƏR: Alman vətəndaşına 4 Türk vətəndaşına 14 min TL-yə
A-
A
A+

Almaniya vətəndaşlarının Türkiyənin turizm cənnətlərindəki 5 ulduzlu otellərdə 7 gecə 8 gün ultra hər şey daxil istirahəti üçün kampaniyaya start verilib.

cbx-add

Turizmplus.az bu Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniyada ən az maaş alan təqaüdçü kampaniyaya qoşulduqda pensiyası ilə super 10 günlük tətil edə bilər. Üstəlik təyyarə bileti və hava limanına transfer də qiymətə daxildir və səyahət xərcləri yoxdur.

Yazıda qeyd edilir ki, türkiyəli minimum təqaüd alan insanlar isə 29 gün ac qalmağa imkanı olsa, bütün pensiyası ilə eyni oteldə 1 gün istirahət edə bilər.

Kampaniyaya qoşulan bir alman iyun ayında Alanyada günlük 4474 lirəyə dəniz kənarında istirahət edə bilər. Bu qiymətə Almaniyadan gediş-dönüş təyyarə bileti və hava limanından otelə transferlər daxildir. 7 gün ərzində 31.315 min TL ödəyən Almaniya vətəndaşı, olduğu şəhərdən hava limanına getdikdən sonra heç bir qəpik də xərcləmədən ultra lüks istirahət edə bilər. Türkiyədə yaşayanlar bu kampaniyalardan yararlana bilmir. Eyni oteldə istirahət etmək istəyən Türkiyə vətəndaşları üçün otelin gündəlik qiyməti 12 096 lirə olaraq tətbiq edilir. Bu məbləğ aviabiletlə hesablandıqda təxminən 14 min lirədir.

 

Oxşar xəbərlər