TURİZMÇİLƏRİN NƏZƏRİNƏ: Monteneqroya İNFO-TUR təşkil ediləcək
Azərbaycan turizm bazarının nümayəndələri üçün Monteneqroya info-tur təşkil olunacaq. Turun təşkilatçısı Kompas tur-operatorudur.
Turizmplus.az xəbər verir ki, Bakıdan həyata keçiriləcək səfər 1 iyun tarixində başlayacaq və 7 gecə davam edəcək. Proqram çərçivəsində iştirakçılar Monteneqronun aparıcı otelləri ilə yaxından tanış olacaq, regionun turizm imkanları barədə məlumat əldə edəcəklər.
Info-tur zamanı iştirakçılar 4 və 5 ulduzlu otellərdə yerləşmə və hotel baxışlarında (inspection) iştirak edəcəklər. Proqrama həmçinin yarım-pansion (HB) qidalanma, tibbi sığorta və proqram üzrə transferlər daxildir.
Səfərin qiyməti bir nəfər üçün 649 avro təşkil edir. Uçuşlar “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçiriləcək.
Təşkilatçıların bildirdiyinə görə, info-tur turizm mütəxəssisləri üçün yüksək mövsüm öncəsi Monteneqronun aktual otel bazası və turizm imkanları ilə peşəkar şəkildə tanış olmaq imkanı yaradacaq.
Qeyd edək ki, info-tur üçün yerlər məhduddur və qeydiyyat Kompas tur-operatorunun tur axtarışı bölməsi vasitəsilə həyata keçirilir.

