Turizmçilər üçün Avropanın bu istiqamətinə İNFO-TUR var
“Health Voyage” şirkətinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri üçün Slovakiyaya info-tur keçiriləcək.
Turizmplus.az xəbər verir ki, 13-19 mart tarixlərini əhatə edən reklam turunda turizmçilər Slovakiyanın kurortları ilə tanış olmaq imkanı qazanacaq. İştirak haqqı 425 Avro təşkil edir. Aviabilet və viza qiymətə daxil deyil.
Qeyd edək ki, zəngin proqrama malik info-turla ətraflı tanış olmaq və qeydiyyatdan keçmək üçün 0775503033 nömrəsi ilə əlaqə saxlamaq olar.