USD 1.7
9 °C

Turizm bazarına yeni DMC daxil olur – MÜSAHİBƏ

Fevral 3, 2025 11:34 / 221
Turizm bazarına yeni DMC daxil olur – MÜSAHİBƏ
A-
A
A+

Azərbaycanın turizm sektoruna yeni Maldiv adaları üzrə DMC daxil olur.

cbx-add

Turizmplus.az şirkət və onun bazara gətirəcəyi yeniliklər barədə “Exciting Travel Holidays” brendinin Bakı nümayəndəsi Ülviyyə Verqazova ilə danışıb.

“Exciting Travel Holidays” şirkəti barədə ümumi məlumatları bizimlə paylaşa bilərsiz?

Exciting Travel Holidays, 2008-ci ildə təsis edilmiş, Maldiv adalarında istirahətin təşkili üzrə aparıcı DMC (Destination Management Company) şirkətidir. Baş ofisimiz Male şəhərində yerləşir. Şirkətin direktoru Thasleem Mohamed bəyin rəhbərliyi altında nümayəndəliklərimiz Qazaxıstan, Rusiya, Çexiya və artıq Azərbaycan (Bakı) bazarında uğurla fəaliyyət göstərməyə başlayır.

Nəzərinizə çatdırım ki, komandamız olduqca böyükdür və yuxarıda adıçəkilən istiqamətlər üzrə hər biri yardımçı olmağa hazırdır.

Yerli turizm şirkətləri üçün hansı xidmətləri həyata keçirəcəksiz?

Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinə bir çox xidmətlər təqdim edəcəyik. Bunlar aşağıdakılardır:

• Maldiv adalarında otel və kurortların bronlaşdırılması.
• Transferlərin təşkili: hidroplanlar, katerlər və daxili reyslər.
• Fərdi və qrup turları.
• Turistlər üçün ən yaxşı təkliflərin seçimi və məsləhət xidmətləri.
• Ekskursiyalar, tədbirlər və toy mərasimlərinin təşkili.
• Aeroportda CIP/VIP xidmətlərin göstərilməsi.
• Müştəriləriniz üçün 24/7 dəstək.

Sektorda kifayət qədər tanınmış brendlər var. Niyə yerli şirkətlər məhz sizi seçməlidir?

Niyə bizi seçməlisiniz? Bunu belə izah edim:

Təmsil etdiyim şirkətin eksklüziv istirahətin təşkilinda 15 ildən artıq rolu var. Bundan başqa Male hava limanında öz qeydiyyat masamız (turistlər üçün isti qarşılanma və operativ dəstək) mövcuddur. Yeni dövrlə ayaqlaşan onlayn bronlama sistemi, aparıcı kurortlarla birbaşa müqavilələr (ən yaxşı qiymətlər və şərtlər) və fərdi yanaşma (hər bir müştəri və tərəfdaş bizim üçün dəyərlidir) biri fərqləndirən cəhətlərdir.

Sonda yerli şirkətlərə hansısa çağırışınız və ya əlavələriniz var?

18 fevral tarixində LTM (Luxury Travel Market) sərgisində iştirak edəcəyik və sizi şəxsən tanımaqdan məmnun olarıq! Bu, əməkdaşlığı müzakirə etmək və bütün suallarınızı cavablandırmaq üçün əla fürsətdir.

Daha ətraflı məlumat üçün Excitingmv.com saytına daxil ola bilərsiniz.

Ülviyyə Verqazova:

Email: ulviyya@exciting-travel.com

WhatsApp: +9607242471

Telegram: https://t.me/excitingtravel_profi

Instagram: https://www.instagram.com/excitingtravel.profi?igsh=MWd0MXkzaTh2c3R3cw==

Oxşar xəbərlər