Tramp: “İranla əldə olunan razılaşma mənim üçün bitdi”

İyul 8, 2026 12:58 / 37
Tramp: “İranla əldə olunan razılaşma mənim üçün bitdi”
A-
A
A+

BŞ Prezidenti Donald Trump İranla əldə olunan müvəqqəti razılaşmanın artıq qüvvədə olmadığını açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, NATO sammiti çərçivəsində Ankarada jurnalistlərə açıqlama verən Donald Tramp İranla münaqişəni dayandırmaq məqsədilə imzalanmış memorandumun artıq “bitdiyini” bildirib. O, Tehran rəhbərliyi ilə bundan sonra danışıqlarda maraqlı olmadığını söyləyərək, “Mənim üçün bu məsələ artıq başa çatıb” ifadəsini işlədib.

ABŞ lideri bununla belə, Vaşinqton nümayəndələrinin istədikləri halda İran tərəfi ilə danışıqları davam etdirə biləcəklərini qeyd edib. Tramp yeni diplomatik təmasların nəticə verəcəyinə inamının zəif olduğunu da vurğulayıb.

Qeyd edək ki, Trampın açıqlaması ABŞ-ın İrana qarşı yeni hava zərbələri endirməsi və bölgədə gərginliyin yenidən artması fonunda səsləndirilib.

Oxşar xəbərlər