USD 1.7
13 °C

THY reysləri sabah da ləğv edilə bilər – AÇIQLAMA

Fevral 20, 2025 12:43 / 131
THY reysləri sabah da ləğv edilə bilər – AÇIQLAMA
A-
A
A+

İstanbulda əlverişsiz hava şəraiti və qar yağması səbəbindən Türk Hava Yolları (THY) uçuşları təxirə salmağa davam edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, Türk Hava Yolları fevralın 20-dən 21-ə kimi bəzi reyslərini təxirə salıb. Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən THY-nin mətbuat müşaviri Yəhya Üstün, “İstanbulda gözlənilən qar yağışı ilə əlaqədar Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) aldığı məhdudlaşdırma qərarı ilə əlaqədar olaraq fevralın 20-də və 21-də İstanbul Hava Limanına qalxan/İstanbul Hava Limanına çatan bəzi reyslərimiz ləğv olundu” deyib.

Qeyd edək ki, 20 Fevral tarixli, TK333 və TK337 səfərləri İstanbuldakı qeyri-sabit hava şəraitinə görə ləğv edilib.

Oxşar xəbərlər