Bakıda Türkiyənin məşhur hotel brendi olan “Ethno Hotels”in yeni mövsüm üçün təqdimatı keçirilib.

Turizmplus.az xəbər verir ki, “Summer Tour” tur-operatorunun təşkil etdiyi, “Ruby 360”-da keçirlən tədbirə 60 aparıcı şirkətin nümayəndəsi qatılıb.
Tədbiri giriş sözü ilə açan “Summer Tour”un nümayəndəsi Tural Məlikov qonaqları salamlayaraq bildirib ki, tur-operator 2025-ci il başlayandan aktiv fəaliyyətini davam etdirir. Məhz bunun nəticəsidir ki, şirkətlər və Türkiyə hotelləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında mühüm rol oynayan tədbirlər təşkil edilir.
Daha sonra söz “Ethno Hotels”in satış təmsilçisi Deniz Özere verilib. O, hotellərdəki xidmətlər, yeni konsept, mövsümə hazırlıq və otaq şəraiti barədə tədbir işitrakçılarına məlumat verib.
Çıxışdan sonra “Ethno Hotels”in satış direktoru Erdinç Metin Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə toxunaraq, azərbaycanlı turistləri görməkdən hər zaman məmnunluq duyduqlarını qeyd edib.
Tədbir musiqi və şam yeməyi ilə davam edib.