“SKAL Bakı Klubu və Azərbaycan qonaqpərvərlik və turizm sənaye nümayəndələrinin görüşü” keçirilib

İyul 16, 2026 13:47 / 98
“SKAL Bakı Klubu və Azərbaycan qonaqpərvərlik və turizm sənaye nümayəndələrinin görüşü” keçirilib
A-
A
A+

15 iyul 2026-cı il tarixində Green Park Hoteldə SKAL Bakı Klubunun təşkilatçılığı ilə “SKAL Bakı Klubu və Azərbaycan qonaqpərvərlik və turizm sənaye nümayəndələrinin görüşü” keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Turizm sənaye nümayəndələri ilə görüşək. İnkişafa birgə dəstək olaq” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dəmir Yolları (ADY) qurumlarının səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları, eləcə də turizm və qonaqpərvərlik sektorunun aparıcı assosiasiyalarının rəhbərləri, hotel və turizm şirkətlərinin nümayəndələri, aviaşirkət və MICE şirkətlərinin təmsilçiləri, ali təhsil müəssisələri və media nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi SKAL International və SKAL Bakı Klubunun fəaliyyətinin təqdim edilməsi, turizm sənayesinin mövcud vəziyyətinin müzakirəsi, dövlət və özəl sektor arasında açıq dialoqun gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və Azərbaycan turizminin inkişafına yönəlmiş birgə təşəbbüslərin müəyyənləşdirilməsi olub.

Oxşar xəbərlər