Sahibkarlıq sahəsi ilə bağlı qərar qəbul edildi – ŞAD XƏBƏR

Fevral 2, 2026 15:34 / 192
Sahibkarlıq sahəsi ilə bağlı qərar qəbul edildi – ŞAD XƏBƏR
A-
A
A+

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır.

cbx-add

Turizmplus.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilir ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

Məsələ səsə qoyularaq yekdilliklə qəbul edilib.

Oxşar xəbərlər