Sabah Bakıda “Avropa Təamları” Kulinariya Festivalı keçiriləcək
Oktyabrın 6-da Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqı Üzv Ölkələrinin Səfirlikləri və “Azeri Home Chef” komandasının birgə təşkilatçılığı ilə “Avropa Təamları” Kulinariya Festivalı keçiriləcək.
Turizmplus.az xəbər verir ki, Su İdmanı Sarayının arxasında Avropa Oyunları Parkında keçiriləcək tədbir saat 12:30-dan 19:00 kimi davam edəcək.
Qeyd edək ki, festival ziyarətçilərini Avropa ölkələrinin unudulmaz kulinariya ləzzətləri, canlı musiqi proqramı, müsabiqələr, viktorinalar və digər sürpizlər gözləyir.