Rusiyada turizm sektoru çökür; 1200 şirkət BAĞLANDI
Rusiyada turizm bazarı 2026-cı ilə itkilərlə başlayıb.
Turizmplus.az xəbər verir ki, ilin ilk rübündə ölkədə təxminən 1200 turizm şirkəti fəaliyyətini dayandırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.
Mütəxəssislər bunun əsas səbəbləri kimi Yaxın Şərqdəki gərginlik səbəbilə uçuşların pozulması, xarici turların ləğvi, rublun dəyərsizləşməsi və vətəndaşların səyahət xərclərini azaltmasını göstərir.
Ən çox zərər outbound turizmə dəyib – tur operatorları ləğv olunan səfərlərə görə milyardlarla rubl geri ödəməli olub. Eyni zamanda turistlər getdikcə səyahətlərini onlayn platformalar üzərindən müstəqil şəkildə planlaşdırmağa üstünlük verir.
Ekspertlər bildirir ki, bazar hazırda zəif şirkətlərin çıxması ilə “konsolidasiya mərhələsi”ndən keçir və yaxın dövrdə qiymət artımı ehtimalı da istisna edilmir.

