Rusiya hotellərində kəskin qiymət artımı müşahidə olunur
Rusiyada hotel qiymətlərinin artdığı bildirilir.
Turizmplus.az “Novye İzvestiya” portalına istinadən xəbər verir ki, 4 və 5 ulduzlu hotellərin tutumunun məhdud olması səbəbindən bir çox şəhərlərdə qiymətlər rekord həddə çatıb.
Ölkənin sevimli turizm şəhərlərindən olan Kalininqradda gecəlik qiymət 50 min rubla (586 dollar) qalxıb.
Moskvanın əfsanəvi otellərindən biri olan Metropolda “tarixi lüks” otağın qiyməti 65 min rubla qalxıb. St. Sankt-Peterburqdakı Grand Hotel Europe-da prezident nömrəsinə tələb olunan məbləğ 282 min rubl təşkil edir.
Rusiyalı mütəxəssislər, ölkədə yerləşdirmə qabiliyyətinin yaxşılaşdırılması üçün 2030-cu ilə qədər 38 min yeni hotel otağına ehtiyac olduğunu açıqlayıb.