Romada bir sıra muzeylərə, o cümlədən Trevi fəvvarəsinə giriş ÖDƏNİŞLİ OLACAQ

Dekabr 22, 2025 12:50 / 39
Romada bir sıra muzeylərə, o cümlədən Trevi fəvvarəsinə giriş ÖDƏNİŞLİ OLACAQ
A-
A
A+

Fevralın 1-dən etibarən Romaya səfər edən turistlər Trevi fəvvarəsini ziyarət etmək üçün 2 avro giriş haqqı ödəməli olacaqlar. Roma şəhərinin sakinləri üçün isə giriş pulsuz qalacaq.

cbx-add

Turizmplus.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Roma meri Roberto Qualtieri mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, həddindən artıq turist axınının qarşısını almaq və tarixi abidələrin qorunmasını təmin etmək məqsədilə paytaxtda ümumilikdə altı məşhur turizm obyektinə giriş ödənişli olacaq.

Ödəniş tətbiq ediləcək obyektlər siyahısına Trevi fəvvarəsinin hovuzun ön hissəsi, eləcə də Villa Maxentius, Napoleon, Karlo Barakko, Pilotti və Kanonika muzeyləri daxildir.

Meri Roberto Qualtierinin sözlərinə görə, turistlərdən alınacaq simvolik ödəniş hesabına şəhər büdcəsinə ildə təxminən 6,5 milyon avro vəsaitin daxil olması gözlənilir. Trevi fəvvarəsinə giriş 09:00–22:00 saatlarında ödənişli, digər vaxtlarda isə pulsuz olacaq.

Məlumata görə, son bir il ərzində Trevi fəvvarəsini təxminən 9 milyon turist ziyarət edib. Gün ərzində ziyarətçi sayı 30–70 min nəfər arasında dəyişir. Turist sıxlığını azaltmaq məqsədilə bu ilin yanvar ayından etibarən eyni vaxtda maksimum 400 nəfərin fəvvarəyə yaxınlaşmasına icazə verilir.

Qeyd edək ki, XVIII əsrdə memar Nikola Salvi tərəfindən inşa edilən Trevi fəvvarəsi barokko memarlığının nadir incilərindən biri hesab olunur. Romantik filmlərə ev sahibliyi etməsi səbəbindən bu abidə dünyada “Sevgi fəvvarəsi” kimi tanınır.

Oxşar xəbərlər