RML Holidays – Turizm agentlikləri üçün innovativ və multifunksional B2B platforma

Turizm sahəsində agentliklər üçün nəzərdə tutulmuş RML Holidays, innovativ və çoxfunksiyalı onlayn rezervasiya sistemidir. RML Holidays-in üstünlüyü ondan ibarətdir ki, platforma Avropa, Amerika və Asiyanı təmsil edən 60-dan artıq beynəlxalq turizm tərəfdaşını birləşdirir və bu da agentliklərə müxtəlif istiqamətlər üzrə sərfəli və operativ seçim imkanı yaradır.

RML Holidays sistemi bütün provayderlərlə birbaşa müqavilələr və dinamik bağlantılar əsasında çalışır. Bu isə rezervasiyaların anında təsdiqlənməsini və operativ məlumat ötürülməsini təmin edir.
Platforma vasitəsilə istifadəçilər:
- İstənilən istiqamət üzrə mehmanxana və aviabiletləri,
- Bir və ya bir neçə şəhəri əhatə edən tur paketləri,
- Transfer və digər turizm xidmətlərini bir kliklə və rahat interfeys üzərindən əldə edə bilirlər.
Dinamik qiymət siyasəti, sürətli bildiriş sistemi, səyahət sənədlərinin avtomatik hazırlanması, asandlaşdırılmış hesabat – bütün bunlar turizm sahəsində çalışan mütəxəssislərin vaxtına və resurslarına ciddi qənaət imkanı yaradır.
RML Holidays yalnız texniki imkanlarla məhdudlaşmır – əlavə dəstəyə ehtiyac yarandığı halda, 24/7 fəaliyyət göstərən peşəkar əməliyyat komandası daima xidmətinizdədir.
Ətraflı məlumat və əməkdaşlıq üçün: +994 55 212 08 01