USD 1.7
27 °C

Qlobal turizm pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çatıb – UNWTO

May 22, 2024 16:54 / 131
Qlobal turizm pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çatıb – UNWTO
A-
A
A+

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2024-cü ilin birinci rübündə qlobal turizmin pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çatdığı halda, 2023-cü ilin birinci rübünü 20 faiz ötdüyünü açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2023-cü ildə qlobal turizm, pandemiyadan  əvvəlki ən yaxşı il olan 2019-cu ildə gəlir baxımından 96 faiz, səfərlərin sayında isə 89 faizə çatıb.

BMT Turizm Təşkilatı 2024-cü ildə ziyarətçilərin sayının pandemiyadan əvvəlki səviyyədən 2 faiz keçəcəyini proqnozlaşdırır.

Avropa turizmi 2019-cu il səviyyəsini yüzdə 1, Afrikada da 2019-cu il səviyyəsini 5 faiz üstələyib. Amerika və Asiya qitələri hələ də pandemiyanın arxasındadır. Məlumatlara görə, Amerika pandemiyadan əvvəlki vəziyyətin 99 faizinə çatsa da, Asiyada hələ çox uzun bir yol var. Birinci rübün nəticələrinə görə, Asiya qitəsi pandemiyadan əvvəlki səviyyəsinin 82 faizinə çatıb.

Oxşar xəbərlər