Qlobal qida brendlərindən biri “Subway” Azərbaycana gəlir

Fevral 4, 2026 14:09 / 84
Qlobal qida brendlərindən biri “Subway” Azərbaycana gəlir
A-
A
A+

Dünyanın ən böyük qlobal qida brendlərindən biri olan “Subway” rəsmi olaraq Azərbaycana gəlməyə hazırlaşır.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı “Subway” Azərbaycan şirkətinin Baş direktoru Cihan Bıçakçı sosial şəbəkə hesabında paylaşıb. Master Françayz ölkə hüquqlarının sahibi olaraq Subway markasının yaxın vaxtlarda Azərbaycan bazarında fəaliyyətə başlaması planlaşdırılır. Bu addım ölkənin iaşə və xidmət sektorunda beynəlxalq brendlərin mövcudluğunun genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Subway brendinin Azərbaycana gəlişi həm yerli istehlakçılar üçün yeni seçim imkanları yaradacaq, həm də turizm və xidmət sahəsində rəqabət mühitinin güclənməsinə töhfə verəcək. Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən Subway, keyfiyyətli və sürətli qida konsepti ilə tanınır.

Oxşar xəbərlər