Mayın 27-də “Qafqaz Baku City Hotel”in 18-ci mərtəbəsində yerləşən Şamdan Restoranın terasında “Hotelin partnyorlarına təşəkkür” adlı tədbir baş tutub. Bu tədbir çərçivəsində həm də Şamdan Terasının rəsmi açılışı qeyd olunub.

Turizmplus.az xəbər verir ki, tədbiri “Duru Hospitality Management” şirkətinin yaradıcısı və Qafqaz Bakı hotellərinin direktoru Halil Duru açaraq qonaqları salamlayıb və tədbirə qatıldıqları üçün onlara təşəkkür edərək edib. O, hotelin uğur yolunda əvəzsiz dəstək göstərən partnyorlara minnətdarlığını bildirib.
Tədbir coşqu və dostluq atmosferində keçib. Otellə əməkdaşlıq edən bir çox turizm agentlikləri və partnyor şirkətlərin nümayəndələri iştirak ediblər. Qonaqlara otelin partnyorlarından biri tərəfindən təqdim olunan Meysəri şərabları, müxtəlif kokteyllər və xüsusi menyudan dadlı yeməklər təqdim olunub.
Yeni istifadəyə verilən Şamdan Terası şəhər sakinləri və turistlər üçün açıq hava şəraitində istirahət və əyləncə imkanı yaratmaq məqsədi daşıyır. Tədbirdə iştirak edənlər terasanı şəhərin panoramik mənzərəsini və günəşin batışını izləmək üçün ideal məkan kimi dəyərləndiriblər.



