PREZİDENT İLHAM ƏLİYEV: Qarabağ və Zəngəzurda turizmin inkişafı prioritetlərdən biridir

Yanvar 6, 2026 16:04 / 93
PREZİDENT İLHAM ƏLİYEV: Qarabağ və Zəngəzurda  turizmin inkişafı prioritetlərdən biridir
A-
A
A+

“Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə, orada turizmin inkişafı prioritetlərdən biridir”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

“Şuşada və Laçında bir sıra mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir. Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq. Ola bilsin, gələn il və hətta bu il Xankəndidə yeni mehmanxana açıla bilər. Bu, turizm üçün mühüm məkan olacaq. Bununla yanaşı, Qəbələ, Lənkəran, Gəncə və bir çox digər məkanlar kimi ənənəvi turizm yerləri də mövcuddur”, – deyə Prezident qeyd edib.

Oxşar xəbərlər