USD 1.7
15 °C

“Ötən ilin müvafiq dövrü ili müqayisədə turistlərin sayında 35 faiz artım var” – KƏNAN QULUZADƏ

İyun 15, 2024 15:29 / 191
“Ötən ilin müvafiq dövrü ili müqayisədə turistlərin sayında 35 faiz artım var” – KƏNAN QULUZADƏ
A-
A
A+

“Cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların sayının 965 555 nəfər təşkil edib”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri “Şahdağ”a təşkil edilən mediatur zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artım müşahidə olunur.

K.Quluzadə proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.

Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.

Oxşar xəbərlər