London Hyde Park-da “Winter Wonderland” tədbiri yenidən keçiriləcək

Noyabr 3, 2025 11:19 / 251
London Hyde Park-da “Winter Wonderland” tədbiri yenidən keçiriləcək
A-
A
A+

Londonun ən tanınmış qış mövsümü tədbirlərindən biri olan “Winter Wonderland” bu il 14 noyabr 2025-ci il tarixində qapılarını ziyarətçilərin üzünə açacaq. Əyləncə dolu festival 1 yanvar 2026-cı il tarixinədək davam edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, hər il on minlərlə turistin və London sakinlərinin iştirak etdiyi bu tədbir, paytaxtın ən sevilən qış ənənələrindən biri hesab olunur. Bu il “Winter Wonderland” daha böyük miqyasda təşkil ediləcək və 150-dən çox əyləncə zonası, şou və oyun sahəsi ilə ziyarətçilərə unudulmaz anlar yaşadacaq.

Tədbirin əsas yenilikləri arasında işıq tunelləri, nəhəng dönmə dolab, buz sürüşmə meydançası və tamamilə yenilənmiş “Magical Ice Kingdom” adlı buz krallığı yer alır.

Giriş qaydaları və qiymətlər:
Sakit (off-peak) saatlarda giriş pulsuz olacaq, lakin ziyarətçilərin əvvəlcədən e-bilet əldə etməsi vacibdir. Standart giriş bileti 5 funt sterlinq, yüksək (peak) saatlarda isə 7,50 funt sterlinq təşkil edəcək.

Bu il “Winter Wonderland” proqramına üç yeni əyləncə paketi əlavə olunub: “Arctic Adventure”, “Festive Favourites” və “Taste of Bavaria”. Hər bir paket fərqli kombinasiyalar – bilet, oyun və müxtəlif fəaliyyətlərdən ibarət olacaq.

Tədbir çərçivəsində adrenalin sevərlər üçün sürət qatarları, ailələr üçün klassik panayır atraksionları, uşaqlar üçün isə buzdan hazırlanmış nağıl heykəlləri təqdim ediləcək.

“Winter Wonderland” ənənəvi olaraq Hyde Parkda təşkil olunur və bu il də Londonda qış mövsümünün ən çox gözlənilən hadisələrindən biri kimi dəyərləndirilir.

Oxşar xəbərlər