“Kazunion by Rustar”ın təşkilatçılığı ilə Antalyaya İNFO-TUR təşkil ediləcək – QEYDİYYAT

Mart 11, 2026 14:54 / 126
“Kazunion by Rustar”ın təşkilatçılığı ilə Antalyaya İNFO-TUR təşkil ediləcək – QEYDİYYAT
A-
A
A+

“Kazunion by Rustar” tur-operatorunun təşkilatçılığı ilə turizm şirkətlərinin nümayəndələri üçün Bakıdan Türkiyənin məşhur kurort şəhərinə info-tur təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, tur 13–20 aprel 2026-cı il tarixlərində keçiriləcək və iştirakçılar Antalya regionunda yerləşən hotellərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Uçuşlar Pegasus Airlines tərəfindən həyata keçiriləcək. Uçuş cədvəlinə əsasən, 13 aprel saat 04:50-də Baku şəhərindən Antalyaya uçuş planlaşdırılıb, geri dönüş isə 20 aprel saat 00:15-də Antalyadan Bakıya olacaq.

Info-turun qiyməti 300 avro təşkil edir.

Qiymətə daxildir:

  • Pegasus Hava Yolları ilə 20 kq baqaj daxil olmaqla aviabilet

  • 5 ulduzlu hotellərdə 1/2 DBL yerləşmə

  • AI (All Inclusive) qidalanma sistemi

  • Antalya regionu üzrə hotellərin təqdimatı və tanışlıq proqramı

Turda iştirak etmək istəyən şəxslər müraciətlərini sales@kazunion.az elektron poçt ünvanına göndərə bilərlər.

Tələb olunan sənədlər:

  • Şirkət blankında doldurulmuş müraciət

  • Pasportun surəti

  • Vizit kartı

Qeyd edək ki, info-turda hər turizm agentliyindən yalnız 1 əməkdaşın iştirakı nəzərdə tutulur.

Oxşar xəbərlər