İstanbulda qonaqlama və qida xərcləri artmağa davam edir: Bu yaza PROQNOZ

Aprel 3, 2026 15:19 / 26
İstanbulda qonaqlama və qida xərcləri artmağa davam edir: Bu yaza PROQNOZ
A-
A
A+

Yaz turizm mövsümünün yaxınlaşdığı bir vaxtda İstanbul üzrə açıqlanan son statistika otel və restoran qiymətlərində artımın davam etdiyini göstərib.

cbx-add

Turizmplus.az xəbər verir ki, İstanbul Ticarət Odası tərəfindən yayımlanan mart ayı istehlak qiymətləri indeksinə əsasən, “restoran və hotellər” kateqoriyasında qiymətlər bir ay ərzində 1,42% artıb.

İllik göstəricilər isə daha diqqətçəkicidir. Belə ki, yerləşdirmə və ictimai iaşə xidmətlərində illik qiymət artımı 36%-i keçib. Şəhər üzrə ümumi illik inflyasiya isə 37,68% təşkil edib.

Məlumata görə, qiymət artımına təsir edən əsas amillərdən biri nəqliyyat xərclərinin yüksəlməsidir. Mart ayında nəqliyyat sahəsində 5,14%-lik artım qeydə alınıb ki, bu da dolayısı ilə hotellər və restoranların xərclərinə təsir edib.

Bundan əlavə, ərzaq məhsullarının bahalaşması və ümumi əməliyyat xərclərinin artması da turizm və xidmət sektorunda qiymətlərin yüksəlməsinə səbəb olub.

Ekspertlər hesab edir ki, yay mövsümündə turist axınının artması fonunda hotellər və restoranlarda qiymət artımı davam edə bilər.

Oxşar xəbərlər