USD 1.7
27 °C

İstanbul UEFA Avropa və Konfrans Liqalarının finallarına ev sahibliyi edəcək

May 22, 2024 16:26 / 127
İstanbul UEFA Avropa və Konfrans Liqalarının finallarına ev sahibliyi edəcək
A-
A
A+

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü “Tüpraş” stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunun final matçı “Beşiktaş” klubunun ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda baş tutub.

Oxşar xəbərlər