İranın raket zərbələrindən sonra “Doha Mall”da panika – VİDEO

İranın ABŞ qüvvələrinin yerləşdiyi bazalara zərbəsi sonrası Doha şəhərində, xüsusən Doha Mall ticarət mərkəzində həm yerli sakinlər, həm də turistlər arasında geniş panika yaranıb.

İran İnqilab Keşikçiləri Korpusunun “Qələbə müjdəsi” əməliyyatı çərçivəsində 23 iyun axşamı Al-Udeid Hərbi Hava Bazası və İraqdakı Ain al-Asad bazasına bir neçə raket atılıb. Dohada güclü partlayış sədaları eşidilib, hava müdafiə sistemləri işə salınıb və Qətər səmasını müvəqqəti bağlayıb.