USD 1.7
16 °C

Hindistanın şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatı keçirilib

İyun 10, 2024 13:19 / 129
Hindistanın şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatı keçirilib
A-
A
A+

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatına həsr edilmiş silsilə tədbirlər, həmçinin Mumbay şəhərində mətbuat konfransı və şəbəkələşmə tədbiri təşkil edilib.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə mətbuat konfransı, eləcə də Hindistandan olan media və turizm şirkətlərinin iştirakı şəbəkələşmə tədbiri təşkil olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Hindistandan Azərbaycana 90 670 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 2.6 dəfədən çox artımdır.

Oxşar xəbərlər